Əmlak Məsələləri Dövlət Komitəsinin strukturu dəyişəcək
28 yanvar 2013 12:05 (UTC +04:00)

Əmlak Məsələləri Dövlət Komitəsinin strukturu dəyişəcək

Əmlak Məsələləri Dövlət Komitəsinin strukturunda dəyişiklik ediləcək.

 

Lent.az-ın verdiyi məlumata görə, bu, Əmlak Məsələləri Dövlət Komitəsinin vəzifə və funksiyalarının icrasına dair 2013-cü il üçün Fəaliyyət Planında yer alıb.

 

Sənəddə qeyd edilib ki, 2013-c il ərzində Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 10 fevral tarixli Fərmanının icrası ilə bağlı mütəmadi tədbirlər görüləcək, ünvanların giriş ünvanı konsepsiyası əsasında verilməsi təmin ediləcək.

 

Martın 1-dək  ünvan reyestri ilə digər dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin aparılmasının təmin edilməsi ilə bağlı tədbirlər görüləcək. Eyni zamanda bir ay müddətində ünvan verilməsi məqsədləri üçün Komitənin strukturuna daxil olan və tabeliyində olan qurumların strukturunda zəruri dəyişikliklər  barədə təkliflərin veriləcək.

 

Fəaliyyət Planında dövlət mülkiyyətində olan əmlakın zəbt edilməsi, qanunsuz istifadə edilməsi və hər hansı digər forma və üsullarla mülki dövriyyədən yayındırılması hallarına yol verən rəhbər işçilər və maddi-məsul şəxslər haqqında mülki, cinayət və inzibati qanunvericiliyə uyğun tədbirlərin görüləcəyi də qeyd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1879
avatar

Oxşar yazılar