Əmək pensiyaları ilə bağlı yeniliklər gözlənilir
29 avqust 2013 15:40 (UTC +04:00)

Əmək pensiyaları ilə bağlı yeniliklər gözlənilir

 “2013-cü ilin birinci yarısında sosial sığorta haqlarının 63,9 faizi və ya 462,8 mln. manatı qeyri-büdcə sektorundan daxil olub ki, bu da proqnozun 121,4 faiz icra edildiyini göstərir”. Lent.az-ın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib.

 

Fond sədri qeyd edib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən daxilolmalar 47,9 faiz, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 55,1 faiz artıb. 
 

DSMF sədri onu da vurğulayıb ki, həyata keçirilən tədbirlər nəticəsində pensiya təminatının vahid sistemi formalaşdırılıb: “Hazırda ödənilən sosial sığorta haqqının 50 faizi fərdi hesablarda qeydə alınır və pensiyaların sığorta hissəsi həmin məbləğə görə təyin olunur. Sosial sığorta haqlarının digər 50 faizi isə sistemin ümumi xərclərinin, o cümlədən pensiyaçılar üçün bərabər məbləğlərlə ifadə olunan baza hissəsinin maliyyələşdirilməsinə yönəldilir. Bu isə sosial sığorta haqqı uzun müddət və yüksək məbləğlə ödənilən işçilər tərəfindən sosial sığorta haqqı daha az müddətə və aşağı məbləğlə ödənilən işçilərin gələcək pensiyalarının dolayı subsidiyalaşdırılmasına şərait yaradır. Nəticədə, bunu yüksək əməkhaqqından sosial sığorta haqqı ödəyənlər sosial ədalətsizlik kimi qiymətləndirirlər”.

 

Fond sədrinin sözlərinə görə, qeyd olunan halların tənzimlənməsi məqsədilə hazırladığımız təkliflər işləyənlərin fərdi hesablarında onlar üçün ödənilən sığorta haqqının yarısının deyil, tam məbləğinin əks etdirilməsini nəzərdə tutur: “Bu isə əmək pensiyalarının gələcəkdə vahid tərkibdə - yalnız fərdi hesablara toplanan sığorta kapitalı əsasında müəyyənləşdirilməsi deməkdir”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1674

Oxşar yazılar