Əli Abbasov əmr verib
21 yanvar 2013 19:45 (UTC +04:00)

Əli Abbasov əmr verib

 

Azərbaycan Respublikası Prezidentinin 2013-cü ilin Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi, Tədbirlər Planının hazırlanması məqsədilə rabitə və informasiya texnologiyaları nazirinin əmri ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, biznes sektoru və vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət İşçi Qrup yaradılıb.

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində İşçi Qrupun ilk iclası keçirilib.

 

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov dövlət başçısının 2013-cü ili İKT ili elan edilməsi barədə qəbul etdiyi qərarı yüksək qiymətləndirib və bu sahənin daha da inkişafına güclü təkan verəcəyini qeyd edib. O, Tədbirlər Planına salınacaq tədbirlər üzrə prioritet məsələlər barədə fikirlərini bölüşüb, qarşıdakı fəaliyyətdə hökumət-özəl əməkdaşlıq modelinin tətbiqinin vacib olduğunu vurğulayıb. Daha sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti Arif Həşimov sərəncamın icrası ilə əlaqədar AMEA-da da ilkin müzakirələrin keçirildiyini və “Tədbirlər Planı”nın hazırlanmasında AMEA-nın fəal iştirak edəcəyini bildirib. İclasda biznes qurumların, vətəndaşı cəmiyyəti təşkilatlarının nümayəndələri çıxış edib, “İKT ili” ərzində görülməli işlər barədə ilkin fikir mübadiləsi aparılıb. Təkliflərin  30 yanvar 2013-cü il tarixinədək qəbul olunması, ümumiləşdirilməsi və Tədbirlər Planının layihəsinin 05 fevral 2013-cü ilədək hazırlanması nəzərdə tutulur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1646
avatar

Oxşar yazılar