Əhaliyə verilən kreditlərin həcmi artıb: <span style="color:red;">15.7 milyard manat
15 aprel 2014 15:18 (UTC +04:00)

Əhaliyə verilən kreditlərin həcmi artıb: 15.7 milyard manat

Bu ilin mart ayının 1-nə kimi ölkənin maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 15.7 milyard manat məbləğində kredit ayırıb. Bu barədə Lent.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

 

Verilmiş kreditlərin həcmi 2013-cü ilin mart ayının 1-i ilə müqayisədə 28.3 faiz artıb, onun 78.2 faizi və ya 12.2 milyard manatı uzunmüddətli olub. Kreditlərin 831.6 milyon manatının, yaxud 5.3 faizinin ödəmə vaxtı keçib. 
 

Əhalinin banklardakı əmanətlərinin məbləği bir il ərzində 21.7 faiz artaraq mart ayının 1-i vəziyyətinə 6.6 milyard manata çatıb. Əmanətlərin 61.1 faizi milli valyuta ilə, 38.9 faizi isə xarici valyuta ilə qoyulub.

# 512

Oxşar yazılar