2013-cü ilin 10 ayı ərzində ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən əhaliyə 1 591 261 346 kubmetr həcmində təbii qaz satılıb və qarşılığında 104,42 faiz vəsait toplanıb. Bu barədə Lent. az-a qurumdan məlumat verilib.
Cari ilin oktyabr ayı ərzində 127 210 323 kubmetr təbii qaz satılıb və qarşılığında 109,7 faiz vəsait toplanıb. Vəsaitin toplanmasındakı yüksək faiz göstəricisi onunla əlaqədardır ki, 2012-2013-cü illərin payız-qış mövsümündə tələbatın artmasına görə əhaliyə satılan qazın həcmi çoxalıb və bu səbəbdən də istehlak edilmiş qazın dəyəri abonentlər tərəfindən tam ödənilməyib.
Həmin dövr ərzində yaranmış debitor borclar 2013-cü ilin yaz-yay mövsümündən başlayaraq abonentlər tərəfindən ödənilməkdədir. Nəticədə 2013-cü ilin oktyabr ayı ərzində debitor borc 2,1 faiz azalıb.