Azərbaycanda əhalinin banklardakı əmanətlərinin məbləği açıqlanıb.
Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, əmanətlərin məbləği il ərzində 10,4 faiz artaraq 7,1 milyard manata çatıb.
Komitədən o da bildirilib ki, ilin əvvəlində muzdla işləyənlərin orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artıb. Hazırda bu rəqəm 444,4 manat təşkil edir.