“Gələn il Bakıda keçiriləcək I Avropa Oyunlarının ölkəmizin təbliği, tanıdılması baxımdan mühüm fürsət olacaq”. Lent.az-ın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. O, turistləri təkcə paytaxtla deyil, Azərbaycanın bütün guşələri ilə tanış etmək üçün müxtəlif layihələrin həyata keçiriləcəyini vurğulayıb.
Regionlarda vətəndaşların qəbulunu da toxunan Ə. Qarayev bildirib ki, əhali ilə hər ay keçirilən belə görüşlərin əhəmiyyəti böyükdür: “Səslənən təklif və təşəbbüslərlə bağlı tədbirlər görüləcək. O cümlədən sosial məsələlərlə bağlı müraciətlər lazımı instansiyalara çatdırılacaq”.
Qeyd edək ki, mədəniyyət və turizm naziri Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində Qusar, Xaçmaz, Quba, Siyəzən və Şabran rayonlarından sakinləri qəbul edib.