Dünya Bankı Azərbaycanla bağlı proqnozunu açıqladı
07 yanvar 2016 03:18 (UTC +04:00)

Dünya Bankı Azərbaycanla bağlı proqnozunu açıqladı

Dünya Bankı Vaşinqtonda "Qlobal iqtisadi perspektivlər" məruzəsində dünya iqtisadiyyatı üçün növbəti proqnozlarını açıqlayıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, dünya iqtisadiyyatının  2016-cı ildə 2,9%, gələcəkdə isə 3,1% artacağı gözlənilir.

 

Bu, 2015-ci ilin iyun ayında  müvafiq olaraq 0,4% və 0,1% azdır.

 

Bankın hesabatına görə 2016-2017-ci illərdə Avrozonada iqtisadi artım 2,7% və 2,4%, Böyük Britaniyada - 2,4% və 2,2%, ABŞ-da hər iki ildə 2,1% təşkil edəcək.

 

Dünya Bankının proqnozuna əsasən, Azərbaycanda  2016-cı ildə iqtisadi artım 0,8%, 2017-ci ildə isə 1,2 təşkil edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 347
avatar

Oxşar yazılar