DSMF-nın elektron xidmətlərindən istifadə edənlərin sayı artıb
04 iyul 2013 11:52 (UTC +04:00)

DSMF-nın elektron xidmətlərindən istifadə edənlərin sayı artıb

Bu ilin 6 ayında Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən göstərilən elektron xidmətlərdən istifadə edənlərin sayı əhəmiyyətli dərəcədə artıb.

 

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, Fondun təqdim etdiyi xidmətlər “Elektron hökumət” portalı (www.e-gov.az) vasitəsilə ən çox  müraciət edilən elektron xidmətlər sırasındadır.

 

Cari ilin ötən dövrü ərzində “Pensiya kapitalı barədə məlumat” (21 729 əməliyyat), “Məcburi dövlət sosial sığortasına  cəlb olunan gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatın əldə edilməsi” (21 659 əməliyyat),  “Pensiyaçı tərəfindən məlumatların əldə edilməsi” (8 370 əməliyyat), “Pensiya kalkulyatoru” (6 837 əməliyyat) ən çox istifadə olunan elektron xidmətlər olub.  Cari ilin ilk yarısında hesabatların və məlumatların sığortaedənlər tərəfindən elektron formada təqdim olunması xidmətindən yararlananların sayında da artım müşahidə olunub. Bununla bağlı 1 iyul tarixə elektron ərizə ilə müraciət etməklə qeydiyyatdan keçmiş 27 min 10 sığortaedən unikal kod, parol və şifrə ilə təmin edilib.

 

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, torpaq pay mülkiyyətçilərinin və digər şığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə Fondun orqanlarına (“Kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sistemi”nə (KÖMİS) qoşulmuş Dövlət Xəzinədarlıq Agentliyinin orqanları üzrə) ödənişlərinin real vaxt rejimində qəbulu da davam etdirilib. Artıq DSMF-nin 76 yerli orqanı üzrə 590  min 970 sığortaedən haqqında məlumat KÖMİS sisteminə inteqrasiya olunub.  Bu ilin yanvar-iyun ayları ərzində 43 min 368 sığortaedən tərəfindən 131 min 583 əməliyyat həyata keçirilərək cəmi 12 milyon 55  min 665,65 manat məbləğində məcburi dövlət sosial sığorta vəsaitinin ödənişi həyata keçirilib. Sığorta-pensiya sistemində davam etdirilən islahatlara uyğun olaraq Fond tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayı 8-dən 25-ə çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 941
avatar

Oxşar yazılar