Keyfiyyətsiz məhsullar satışdan çıxarılıb. Bu barədə Lent.az-a Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən məlumat verilib.
Belə ki Xidmət tərəfindən Bakının Yasamal, Nərimanov və Binəqədi ərazilərində, həmçinin Mingəçevir, Quba və Ağstafa rayonlarında monitorinqlər keçirilib.
Monitorinqlər zamanı 560 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub. Həmin məhsullar satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.