Dövlət Gömrük Komitəsi sərhəddəki vəziyyətlə bağlı məlumat yaydı
19 dekabr 2012 15:56 (UTC +04:00)

Dövlət Gömrük Komitəsi sərhəddəki vəziyyətlə bağlı məlumat yaydı

Dövlət Gömrük Komitəsi Azərbaycan-Rusiya sərhədindəki vəziyyətlə bağlı məlumat yayıb. Lent.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, son günlər Azərbaycan-Rusiya sərhədində, Xaçmaz Gömrük İdarəsinin Samur gömrük-keçid məntəqəsində qonşu ölkəyə keçmək istəyən avtomaşınların növbəsi yaranıb. Dövlət Gömrük Komitəsi rəsmi olaraq bildirir ki, yaranan bu cür növbələrin Azərbaycan tərəfi ilə heç bir əlaqəsi yoxdur.

 

Azərbaycan gömrük orqanları istər sərnişinlərin, istərsə də avtomaşınların dövlət sərhədini keçmə prosesini tez bir zamanda və operativ olaraq həyata keçirir. Mövcud problemin əsas səbəbi Dağıstanın Məhərrəmkənd gömrük keçid məntəqəsində avtomobillərin yoxlanılmasına həddən artıq vaxtın sərf edilməsidir. Bu da təbii olaraq sərnişinlərin və sürücülərin haqlı narazılığına səbəb olur.

 

Yaranan problemin həlli məqsədilə dekabrın 20-də hər iki ölkənin gömrük rəsmilərinin Azərbaycan-Rusiya sərhədində görüşü keçiriləcək. Görüşdə tərəflər məsələnin tez bir zamanda həll olunması istiqamətində konkret tədbirlərin həyata keçirilməsi ilə bağlı müzakirələr aparacaq.

 

# 1353
avatar

Oxşar yazılar