2013-cü ilin yanvar-avqust aylarında Vergilər Nazirliyinin xətti ilə büdcəyə 4 milyard 486 milyon 614,8 min manat vəsait daxil olub. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib.
2013-cü ilin yanvar-avqust aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 4 milyard 486 milyon 614,8 min manat təşkil edib. Bu məbləğin 38,6 faizi mənfəət vergisinin, 24 faizi əlavə dəyər vergisinin, 12 faizi fiziki şəxslərin gəlir vergisinin, 7,6 faizi aksizlərin, 17,8 faizi isə digər vergilərin payına düşür.
Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 2 milyard 405 milyon 61,2 min manat vəsait daxil olub.
Göstərilən müddətdə respublika üzrə 49 min 963 vergi ödəyicisi, o cümlədən elektron qaydada 29 min 261 (58,6 faiz) vergi ödəyicisi qeydiyyata alınıb. 1 sentyabr 2013-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 523 min 599 olub.