Dollar və rubl bahalaşıb, avro ucuzlaşıb
09 sentyabr 2015 10:17 (UTC +04:00)

Dollar və rubl bahalaşıb, avro ucuzlaşıb

0

Bu gün sentyabrın 8-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə bir qədər möhkəmlənib.

 

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 9-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi sentyabrın 8-i ilə müqayisədə 0,0001 manat və ya 0,01% artaraq 1,0483 manat olub.

 

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0027 manat və ya 0,23% azalaraq 1,1717 manata düşüb.

 

Manata nəzərən Rusiya rublu isə 0,0002 manat və ya 1,32% artaraq 0,0154 manata enib.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 351

Oxşar yazılar