Dollar və avro ucuzlaşıb
01 fevral 2016 09:32 (UTC +04:00)

Dollar və avro ucuzlaşıb

0

Bu gün yanvarın 29-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi zəifləyib.

 

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) fevralın 1-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi yanvarın 29-u ilə müqayisədə 0,0036 manat və ya 0,22% azalaraq 1,5972 səviyyəsində müəyyən olunub.

 

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası 0,0169 manat və ya 0,97% zəifləyərək 1,7326 manatadək enib.

 

Rusiya rublunun məzənnəsi 0,0001 manat və ya 0,48% artaraq 0,0211 manat səviyyəsində müəyyənləşib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 502

Oxşar yazılar