Rusiya milli valyutası olan rubl bir ay ərzində rekord dərəcədə bahalaşıb. Lent.az-ın anspress-ə istinadən məlumatına görə, bu barədə rusiyalı iqtisadçı ekspertlər bildirirlər. Onların sözlərinə görə, bu ilin fevral ayında dollar və avronun məzənnəsi 7,3 və 9,47 rubl ucuzlaşıb. Dolların rubl qarşısında bir ay ərzində bu dərəcə ucuzlaşması heç vaxt müşahidə edilməyib.
Dünya bazarlarında neftin ucuzlaşması və Ukrayna ətrafında gərginliyin azalması fonunda investorlar rubl aktivlərini sürətlə almağa başlayıblar. Buna görə də rubl milli valyutası ucuzlaşan ölkələr arasında bahalaşmaya görə liderlik edir.
Qeyd edək ki, dünya bazarlarında neftin ucuzlaşması və Ukrayna ətrafında gərginliyin artması fonunda xeyli ucuzlaşmışdı. Rublun ucuzlaşması, dolların bahalaşması isə MBD ölkələrinə də təsirsiz ötüşməyib.
Dollar rubl qarşısında kəskin ucuzlaşıb
135