Bu gün Moskvada Rusiya prezidenti Vladimir Putinin keçirdiyi mətbuat konfransı ərəfəsində rus rublu dollar qarşısında fantastik dərəcədə ucuzlaşıb. Lent.az gazeta.ru-ya istinadən xəbər verir ki, Rusiya rublu birdən-birə rekord həddə ucuzlaşıb və 1 dollar qarşısında 71 rubl olub. Avronun bahalaşması da davam edib.
Qeyd edək ki, dolların bahalaşması çərçivəsində 71 rublluq hədd son vaxtlarda qeydə alınmamışdı.