Ukraynanın “Dnepravia” aviaşirkəti Dnepropetrovsk-Bakı marşrutu üzrə yeni müntəzəm aviareys açmağı planlaşdırır.
Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, yeni aviareyslər mayın 17-dən etibarən həyata keçiriləcək.
Dnepropetrovsk-Bakı istiqamətində reyslər həftənin şənbə günləri yerinə yetiriləcək. Belə ki, təyyarə Dnepropetrovskdan saat 10:15-də, Bakıdan isə 15:45-də yola düşəcək.
Sözügedən istiqamət üzrə aviabiletin qiyməti təxminən 176 manatdan, geriyə isə 285 manatdan başlayacaq. Biletlərin bu qiyməti avqustun sonuna qədər qüvvədə qalacaq.
Qeyd edək ki, reyslər “ekonom” və “premium-ekonom” siniflər olmaqla “Embraer-145” təyyarələrində yerinə yetiriləcək.