Dəniz nəqliyyatı ilə yükdaşıma və sərnişindaşımaları artıb
22 dekabr 2012 20:21 (UTC +04:00)

Dəniz nəqliyyatı ilə yükdaşıma və sərnişindaşımaları artıb

 

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın dəniz nəqliyyatında daşınmış yüklərin həcmi ötən ilin analoji dövrünə nisbətən 0,2% artaraq 11,4 mln. ton təşkil edib.


Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yüklərin 61,1%-ni neft yükləri, 38,9%-ni isə quru yüklər təşkil edib və bütün daşımalar xarici əlaqə üzrə həyata keçirilib: «Hesabat dövründə dəniz limanlarında 10,9 mln. ton yükləmə-boşaltma işləri həyata keçirilib ki, bu sahədə 0,1% artım qeydə alınıb. İşlənmiş yüklərin 86,7%-ni təşkil edən beynəlxalq tranzit yüklərin həcmi 1,8% artıb».


Cari ilin dekabrın 1-nə limanlarda göndərilmək üçün 73,8 min ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17% çox idxal yüklərin qalığı olub.


Sözügedən nəqliyyat vasitəsi ilə sərnişindaşımasına gəldikdə, 2012-ci ilin 11 ayı ərzində dəniz nəqliyyatı ilə 16,2 min sərnişin daşınıb və bu göstərici ötən ilin yanvar-noyabr aylarına nisbətən 2,4% azalıb.

 

# 839
avatar

Oxşar yazılar