<span style="color:red;">(R)  DəmirBank-ın reytinqi "B" səviyyəsində saxlanıldı
26 dekabr 2015 14:20 (UTC +04:00)

(R) DəmirBank-ın reytinqi "B" səviyyəsində saxlanıldı

Üzən məzənnə rejiminə keçiddən sonra “Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyi Azərbaycan banklarının yenidən qiymətləndirilməsini aparıb. Bu qiymətləndirmə nəticəsində agentlik Dəmirbank-ın reytinqini "B" olaraq təsdiqləyərək Bankın kredit proqnozunu dəyişib.

Lent.az-ın məlumatına görə, qeyd olunmuş dəyişikliklə əlaqədar banklar üçün əsas gözlənilən çətinliklər müştərilərin dollarda olan öhdəliklərinin yerinə yetirilməsi ilə bağlıdır. Bu məsələ üzrə yarana biləcək çətinliklərin qısa müddətdə aradan qaldırılması üçün DəmirBank tərəfindən iri miqyaslı Tədbirlər Planı hazırlanılır.

Həmçinin, valyuta mövqeyinin düzgün idarə edilməsi, yüksək likvidlik səviyyəsi və dayanıqlı kapitallaşma nəticəsində, hazırda DəmirBank Mərkəzi Bankın müvafiq requlyativ tələblərinə cavab verir və maliyyə stabilliyinə dair heç bir çətinliyi yoxdur.

Bankın reytinqi onun beynəlxalq əlaqələrinin və əməkdaşlığının genişlənməsində mühüm əhəmiyyət kəsb edir. DəmirBank beynəlxalq reytinqlərin verilməsi sahəsində dünyada aparıcı mövqelərə malik olan “Fitch Ratings” agentliyi tərəfindən ilk dəfə olaraq 2004-cü ildə qiymətləndirilmişdir.

DəmirBank-ın səhmdarları sırasına “25% + 1 səhm” paketi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və 10% səhm paketi ilə Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) kimi beynəlxalq maliyyə təşkilatlarının təmsil olunması da Bankın beynəlxalq reytinqinə müsbət təsir edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 222
avatar

Oxşar yazılar