DəmirBank-ın Mingəçevirdə informasiya mərkəzi fəaliyyətə başlayıb
23 yanvar 2013 12:57 (UTC +04:00)

DəmirBank-ın Mingəçevirdə informasiya mərkəzi fəaliyyətə başlayıb

Son 2 ildə 10 filialını yeni ofislərə köçürən DəmirBank, Mingəçevir şəhərində yeni informasiya mərkəzini istifadəyə verib.

 

Mingəçevir şəhəri, H.Əliyev prospekti 36 ünvanında (Notarial kontorun yanı, Musiqi məktəbinin yaxınlığında) yerləşən informasiya mərkəzində müştərilərə bank xidmətləri üzrə məlumat verilir, kredit müraciətləri və plastik kart sifarişləri qəbul edilir, kredit, sığorta, kommunal və rabitə ödənişləri həyata keçirilir. İnformasiya mərkəzində PayPoint ödəniş terminalı və bankomat yerləşdirilib.

 

Yeni informasiya mərkəzinin yaradılması DəmirBank-ın regionlarda xidmət şəbəkəsinin genişləndirilməsinə xidmət edir. İnformasiya mərkəzinin gələcəkdə filiala çevrilməsi gözlənilir.

 

DəmirBank filialları müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ istehlak və biznes kreditləri, plastik kartlar, təcili pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair xidmətlər təklif edir.

 

Hazırda DəmirBank-ın 32 filialı və informasiya mərkəzi fəaliyyət göstərir. Onlardan 13-ü Bakı şəhərində, 19-u isə ölkənin Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Yevlax, Mingəçevir, Bərdə, Qazax, Şəmkir, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli şəhərlərində yerləşir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 739
avatar

Oxşar yazılar