“European Tobacco-Baku”dan “APA-Economic”ə daxil olan açıqlamada qeyd olunub ki, tütün məmulatlarının qiymətindəki dəyişiklik aksiz dərəcələrinin artırılması ilə bağlıdır: "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilən dəyişikliklərlə əlaqədar bu il martın 1-dən etibarən ölkə ərazisində istehsal olunan tütün məhsullarına tətbiq olunan aksiz vergisinin dərəcəsi artırılıb. Tütün məmulatlarına tətbiq olunan aksiz vergisinin artırılması həmin məhsulların topdan və pərakəndə satış qiymətlərində öz əksini tapıb".
Qeyd edək ki, “European Tobacco-Baku” ASC 1999-cu ildə yaradılıb. Şirkət 2000-ci il fevralın 1-dən istehsala başlayıb.
“European Tobacco-Baku” ASC “British American Tobacco” və “İmperial Tobacco Group” kimi qlobal şirkətlərlə birgə “Viceroy” və “Prima De Luxe” siqaret brendlərini istehsal edir.