Çin valyutası 5 faiz dəyərdən düşdü
14 dekabr 2015 10:48 (UTC +04:00)

Çin valyutası 5 faiz dəyərdən düşdü

 

Çinin milli valyutası olan yuan yenidən devalvasiya uğrayıb.

 

"APA-Economics" Lent.ru portalına istinadən xəbər verir ki, bu gün Çin Xalq Bankı yenidən yuanın ABŞ dollarına qarşı rəsmi məzənnəsini azaldıb. Belə ki, yuan 137 bənd azalaraq 1 ABŞ dollarına qarşı 6,4495 yuan təşkil edib.

 

Qeyd edək ki, bundan əvvəl yuanın devalvasiyası dekabrın 10-da baş verib. Həmin vaxt Çinin milli valyutasının ABŞ dollarına qarşı məzənnəsi 6,42 yuana bərabər olub.

 

Ümumiyyətlə, bu il ərzində Çin Xalq Bankı ilk dəfə avqustun 11-də yuanın devalvasiyası ilə bağlı qərar qəbul edib. Bundan sonra üç gün ərzində Çinin milli valyutası dolara nisbətdə 4,6% ucuzlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 281
avatar

Oxşar yazılar