Ceyhan limanı ilə ixrac olunan neftin həcmi açıqlanıb
07 yanvar 2013 19:26 (UTC +04:00)

Ceyhan limanı ilə ixrac olunan neftin həcmi açıqlanıb

ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2012-ci ilin dekabr ayında Novorossiysk limanından 167 min 3 ton, Supsa limanından 161 min 607 ton, Çeyhan limanından 1 milyon 647 min 460 ton xam neft ixrac edib. Bu barədə Lent.az-a Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib.

 

Ümumilikdə yanvar-dekabr ayları ərzində Novorossiysk limanından 2 milyon 64 ton, Supsa limanından 2 milyon 742 min 367 ton, Ceyhan limanından isə 20 milyon 199 min 660 ton xam neft ixrac edilib. ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.

# 724
avatar

Oxşar yazılar