Büdcə prezidentə təqdim olundu
21 sentyabr 2013 11:45 (UTC +04:00)

Büdcə prezidentə təqdim olundu

Nazirlər Kabinetində baş nazir Artur Rasizadənin sədrliyi ilə 2014-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnoz göstəriciləri, o cümlədən iqtisadi və sosial inkişaf konsepsiyası müzakirə edilib.

Lent.az-ın  AzərTAc-a istinadən verdiyi məlumata görə, büdcə layihəsi ətrafında geniş müzakirələrdən sonra “Büdcə sistemi haqqında” qanuna uyğun olaraq büdcə zərfinə daxil olan sənədlər toplusunun prezidentə təqdim edilməsi barədə müvafiq qərar qəbul olunub.

Qeyd edək ki, Maliyyə Nazirliyi tərəfindən hazırlanmış 2014-cü il dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri sentyabrın 13-də Nazirlər Kabinetinə təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1779
avatar

Oxşar yazılar