Bu gün Milli Məclisdə dövlət büdcəsi müzakirə olunacaq - YENİLƏNİB
12 noyabr 2013 17:16 (UTC +04:00)

Bu gün Milli Məclisdə dövlət büdcəsi müzakirə olunacaq - YENİLƏNİB

Noyabrın 12-də Milli Məclisin növbəti iclası keçiriləcək. Lent. az-ın məlumatına görə,
iclasda “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqında” qanun layihəsi müzakirə olunacaq.
Maliyyə naziri Samir Şərifov iclasda çıxış edəcək, gələn ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan digər qanun layihələri barədə məlumat verəcək
Üç gün davam edəcək müzakirələr zamanı Hesablama Palatasının rəyi dinləniləcək, ayrı-ayrı nazirlər də çıxış edərək rəhbərlik etdikləri qurumların fəaliyyəti, dövlət büdcəsinin gəlirlərini formalaşmasındakı rolu barədə danışacaqlar.
Qeyd edək ki, Azərbaycan Respublikasının 2014-cü dövlət büdcəsinin gəlirləri 18 milyard 384 milyon, xərcləri 20 milyard 63 milyon manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 14 601 576,0 min manat, yerli gəlirləri 782 424,0 min manat və mərkəzləşdirilmiş xərcləri 18 433 551,0 min manat, yerli xərcləri 1 629 449,0 min manat) məbləğində nəzərdə tutulub.
Gələn il üçün yaşayış minimumu 125 manat, bir barel xam neftin satış qiyməti 100 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
Gələn ildə dövlət büdcəsinin kəsiri 1,679 milyard manat proqnozlaşdırılır. Büdcə kəsirinin örtülməsi üçün özəlləşdirmədən gələn daxilolmalar, bu ilin büdcə qalığı və digər vəsaitlər yönəldiləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1221
avatar

Oxşar yazılar