Yanvar ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 403 445 ton Azərbaycan nefti nəql olunub. Bu barədə Lent.az-a Dövlət Neft Şirkətindən məlumat verilib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,7% azdır. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il fevral ayının 1-ə qədər BTC-yə 237 545 038 ton neft vurulub. Bundan başqa, cari ilin yanvar ayında BTC kəməri ilə 250 462 ton Türkmənistan və 238 399 ton Qazaxıstan nefti nəql olunub.