Dünya bazarında Brent markalı neftin qiyməti 40 dollardan aşağı düşüb.
APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, neft 2009-cu il fevralın 20-dən bəri ilk dəfə bu qədər ucuzlaşıb.
Neft bazarından gələn xəbərlər Rusiya rublunu zəiflətməkdə davam edir. Moskva birjasında dolların kursu 70 rubla yaxınlaşıb, avronun kursu isə 76 rublu keçib.