BP-yə yeni vitse-prezident təyin edildi
04 dekabr 2013 15:53 (UTC +04:00)

BP-yə yeni vitse-prezident təyin edildi

Toni Hant Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) Regionu üçün dəniz əməliyyatları üzrə vitse-prezident vəzifəsinə təyin olunub. BP-dən Lent.az-a verilən məlumata görə, Toni öz vəzifəsinin icrasına  dekabrın 15-də   başlayacaq. Bu vəzifədə Toni bütün AGT regionunun dənizdəki əməliyyatlarının təhlükəsiz, tələblərə uyğun və etibarlı şəkildə həyata keçirilməsinə cavabdeh olacaq.

 

 

Qeyd edək ki, Toni Hant Lester universitetindən riyaziyyat üzrə bakalavr və Aberdində yerləşən Robert Qordon universitetindən dəniz qurğuları mühəndisliyi üzrə magistr dərəcəsinə malikdir. BP şirkətindəki 29 illik karyerası ərzində o, əməliyyatlar üzrə çoxsaylı vəzifələrdə, o cümlədən Böyük Britaniyada və Anqolada dənizdə və quruda əməliyyatlar üzrə rəhbər vəzifələrdə çalışıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1576
avatar

Oxşar yazılar