Bakıda iki restoran və bir mağazaya vergi şoku: <span style="color:red;">əmlakları siyahıya alındı
14 sentyabr 2015 19:35 (UTC +04:00)

Bakıda iki restoran və bir mağazaya vergi şoku: əmlakları siyahıya alındı

0

Yasamal rayonu, general Akim Abbasov küçəsi, ev 15 ünvanda yerləşən, “Database” MMC-yə məxsus “Şərq” restoranında əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib. Lent.az-ın məlumatına görə, Bakı Vergilər Departamentinin Bəyannamələr və vergi borclarının alınması idarəsinin əməkdaşları tərəfindən keçirilən siyahıya alınmada vergi orqanları tərəfindən vergi ödəyicisinin fəaliyyəti araşdırılarkən onun 1600 manat vergi borcunun yarandığı müəyyən edilib. Borcun ödənilməsi barədə ona bildiriş göndərilsə də, borc qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilmədiyindən, Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən, vergi borcunun ödənilməsini təmin etmək məqsədilə 2015-ci ilin sentyabr 7 -də əmlakın siyahıya alınması haqqında Qərar çıxarılılıb.

 

Vergi orqanı əməkdaşları tərəfindən ictimai iaşə obyektində olan 1600 manat məbləğində müxtəlif növ məişət avadanlığı və mebel  müvafiq qaydada siyahıya alınıb.

 

Səbail rayonu, Nizami küçəsi, ev 96 ünvanda yerləşən, “Tam xarici investisiyalı “Barakalı” LTD” MMM-ə məxsus “Zirvə elektrik” mağazasında əmlakın siyahıya alınması tədbirləri keçirilib. Vergi ödəyicisinin 11666 manat vergi borcu müqabilində obyektdəki 12000 manat dəyərində müxtəlif növ elektrik malları müvafiq qaydada siyahıya alınıb.

 

Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 2-ci paralel ünvanda yerləşən, fiziki şəxs Şahin Sərdara məxsus “Sürmene” restoranında əmlakın siyahıya alınmışı tədbirləri keçirilmiş, vergi ödəyicisinin 2652 manatlıq vergi borcunun ödənilməsi üçün 3000 manat dəyərində məişət avadanlığı müvafiq qaydada siyahıya alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 644

Oxşar yazılar