Bolqarıstan qazı Azərbaycandan almaq istəyir
16 sentyabr 2015 00:37 (UTC +04:00)

Bolqarıstan qazı Azərbaycandan almaq istəyir

0

Bolqarıstan qaz tədarükü marşrutlarının şaxələndirilməsi məqsədilə  Cənub qaz dəhlizi ilə Azərbaycan, Türkmənistan və İrandan qaz tədarük etmək niyyətindədir.  

 

APA-nın “Ukrinform”a istinadən verdiyi xəbərə görə, bunu “Cənub-Şərqi Avropada enerji təhlükəsizliyi və energetika infrastrukturu” mövzusunda Sofiyada keçirilən konfransda Bolqarıstanın baş naziri Boyko Borisov bildirib.   

 

Boyko Borisov Bolqarıstan, Rumıniya, Yunanıstan və Serbiyanın qaz-nəqliyyat sistemlərinin birləşdirilməsinin vacibliyini vurğulayaraq bu sahədə həll  olunası  bir sıra problemlərin olduğunu qeyd edib.  

 

Rusiyanın “dondurduğu” “Cənub axını” qaz borusuna toxunan Boyko Borisov bu layihənin bağlanması ilə bağlı Sofiyaya indiyədək heç bir sənədin təqdim edilmədiyini qeyd edib.    

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 478

Oxşar yazılar