Bir neçə şirkətin bina layihələndirmək lisenziyası dayandırıldı
17 fevral 2014 13:40 (UTC +04:00)

Bir neçə şirkətin bina layihələndirmək lisenziyası dayandırıldı

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bir neçə şirkətin «Dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi» fəaliyyət növü ilə məşğul olmaq üçün verilmiş xüsusi razılığı (lisenziya) dayandırıb.


 

Buna səbəb həmin şirkətlərin lisenziya şərtlərinə və tələblərinə riayət etməməsi olub.

 

Komitədən «APA-Economics»ə verilən məlumata görə, Komitənin qərarı ilə «Art Akademiya», «Sentr-İMD», «Azərbaycan John Brown» şirkətlərinə, həmçinin  Namik Mədət oğlu Xələfova və Rafael Aydın oğlu Yaqubova verilmiş lisenziyalar ləğv olunub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1271
avatar

Oxşar yazılar