İqtisadiyyat və Sənaye Nazirliyi istehlak bazarına nəzarət tədbirlərini paytaxt Bakı ilə yanaşı, regionlarda da davam etdirir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin tərəfindən Sumqayıt şəhəri, Koroğlu küçəsində Dağbəy İsmayılova məxsus "Elmar" marketdə, eləcə də Zaqatala şəhəri, F. Əmirov küçəsində "Siqma LTD" MMC-yə məxsus "Gross" marketdə aparılan yoxlamalar zamanı malların nəzarət kassa aparatının yaddaşında olan qiymətlərinin yarlıqdakı qiymətlərdən artıq olmaqla istehlakçıların qiymətdə aldadıldığı aşkar olunub.
Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülüb.