Bank sistemində hesabatlılıq beynəlxalq standartlara uyğunlaşdırılır
17 may 2013 17:54 (UTC +04:00)

Bank sistemində hesabatlılıq beynəlxalq standartlara uyğunlaşdırılır

Bu ilin yanvar ayından etibarən Azərbaycan bank sistemi üçün yeni Hesablar Planı qüvvəyə minib, dördrəqəmli hesablar planı əhəmiyyətli genişlənərək beşrəqəmli formatda təsdiqlənib.

 

Mərkəzi Bankın Kommunikasiya Departamentindən Lent.az-a verilən məlumata görə, yeni Hesablar Planının qüvvəyə minməsi uçot sistemini daha da təkmilləşdirməklə yanaşı maliyyə-statistika göstəricilərinin analitik bazasının genişləndirilməsinə də yeni imkanlar yaradıb.

 

Bu isə öz növbəsində Mərkəzi Bankın tərtib edib yayımladığı pul və maliyyə statistikanın da yenidən işlənməsini zəruri edib. Balans hesabatlarının yeni formatı əsasında balans hesablarının təsnifatının yenidən formalaşması, köhnə hesablardan yeni hesablara keçid sxemlərinin qurulması və bütün statistikanın Beynəlxalq Valyuta Fondunun pul-maliyyə statistikası üzrə təlimatının standartlarına yenidən uyğunlaşdırılması həyata keçirilib. Bununla əlaqədar olaraq Mərkəzi Bankın Statistik Bülleteninin cari ilin yanvar-mart ayları üzrə artıq yeni Hesablar Planı əsasında yayımlanması təmin olunub. Beləliklə, Statistik Bülletenin tam qrafikə uyğun yayımlanması üçün zəruri tədbirlər görülüb. Bütövlükdə, görülmüş işlər bank sistemində hesabatlılığın beynəlxalq standartlara uyğunlaşdırılması, statistikanın dərinliyinin, əhatəliliyinin və şəffaflığının artırılmasına xidmət edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 732
avatar

Oxşar yazılar