Bakının mərkəzində 6 zolaqlı yol tikilir
16 iyul 2014 15:26 (UTC +04:00)

Bakının mərkəzində 6 zolaqlı yol tikilir

0

Paytaxtın Nobel prospektinə paralel dənizkənarı avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Nəqliyyat Nazirliyi” Azəryolservis” ASC-nin mətbuat xdmətindən Lent.az-a verilən məlumata görə, bağlantı yollarla birlikdə ümumi uzunluğu 2 km-dən artıq planlaşdırılan yol 8 hərkət zolağından ibarət olacaq. Layihə üzrə 2 dairəvi qovşaq, 3 yeraltı piyada keçidi nəzərdə tutulub. Hazırda yol boyu piyada keçidlərinin, torpaq yatağının və kommunikasiya xətlərinin ehtiyyat keçidlərinin  tikintisi  işləri davam etdirilir. Artıq  600m məsafədə 2 qat asfalt- beton örtüyünün döşənməsi və 1 piyada keçidinin tikintisi başa çatdırılıb. Eni 45m olacaq yolun bir zolağı nəqliyyat vasitələrinin park edilməsi üçün planlaşdırılır.

 

Ayrıcı zolaq və müasair işıqlandırma sistemi nəzərdə tutulan yol istismara verildikdən sonra Neftçilər və Nobel prospektlərinin yükünü  xeyli azalacaq. Bundan əlavə, yaxın gələcəkdə sözügüdən yoldan Ağ Şəhərin ərazisinə nəqliyyat bağlantısı yaradılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2229

Oxşar yazılar