Bakıda yeni yaşayış qəsəbəsi salınacaq
10 oktyabr 2013 15:58 (UTC +04:00)

Bakıda yeni yaşayış qəsəbəsi salınacaq

Bu ilin sonunda təsdiqlənməsi nəzərdə tutulan Böyük Bakının Regional İnkişaf Planı layihəsində paytaxtın qəsəbələrinə də xüsusi yer ayrılıb.


 

Həmin plana görə, Bakıda daha bir yaşayış qəsəbəsi yaradılacaq və həmin qəsəbə Yeni Türkan adlandırılacaq.

 

Bunu «APA-Economics»ə Bakı şəhərinin gələcək inkişaf planları haqqında danışan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib.

 

C.Qocayevin sözlərinə görə, bu ərazinin həmçinin kurort-turizm zonasına çevrilməsi planlaşdırılır.

 

Qeyd edək ki, yeni qəsəbənin hazırkı Türkan qəsəbəsi yaxınlığında salınması nəzərdə tutulur ki, o da Xəzər rayonunun inzibati ərazi vahidinə daxil olacaq. Əhalisi 10 min nəfərdən çox olan Türkan qəsəbəsi paytaxtın mərkəzindən 35 km məsafədə yerləşir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2488
avatar

Oxşar yazılar