Bakıda 1000 dollarlıq kağızlar satışa çıxarılır
23 fevral 2015 17:43 (UTC +04:00)

Bakıda 1000 dollarlıq kağızlar satışa çıxarılır

Azərbaycanda 5000 ədən qiymətli kağız satışa çıxarılır. Bakı Fond Birjasından Lent.az-a daxil olan məlumata görə, sabahdan satışa çıxarılacaq qiymətli kağızların ilkin qiyməti 1000 ABŞ dolları dəyərində hesablanıb. Məlumatda həmçinin bildirilir ki, qiymətli kağızların emitenti Unileasing QSC-nə məxsusdur. 

 

Bundan başqa “Çelsi Kapital” MMC-yə məxsus daha 400 ədəd istiqrazın satışı da nəzərdə tutulub. Emissiyanın həcmi 400 000 manatdır və yerləşdiriləcək istiqrazların sayı 400 ədəddir. Beləliklə hər bir istiqrazın nominal dəyəri 1000 manatdır.

 

İstiqrazların tədavül müddəti 730 gün, istiqraz üzrə faiz dərəcəsi 12 %, faiz ödəniş dövrünün müddəti isə 3 aydan birdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 172
avatar

Oxşar yazılar