Paytaxtın Babək prospekti ilə Telnov küçəsinin kəsişməsində tikilən yeni yeraltı piyada keçidinin tikintisi başa çatıb. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Lent.az-a verilən məlumata görə, müasir standartlara uyğun inşa olunan keçidin uzunluğu 88, eni 8, hündürlüyü 3,2 metrdır.
İki giriş-çıxışı olan keçiddə əlil arabalarının hərəkəti üçün xüsusi yer, müasir işıqlanırma sistemi, qrunt sularının kənarlaşdırılması üçün nasosxana quraşdırılıb.