Bakıda daha bir marketdə süni qiymət artımı aşkarlandı
03 mart 2015 10:49 (UTC +04:00)

Bakıda daha bir marketdə süni qiymət artımı aşkarlandı

İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən istehlak bazarında aparılan monitorinqlər zamanı daha bir marketin fəaliyyətində nöqsanlar aşkarlanıb.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, qurum yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H. Zərdabi prospekti, ev 92A ünvanında yerləşən Zeydulla Məmmədova məxsus "Zeytun" marketdə aparılan yoxlama zamanı istehlakçıların qiymətdə aldadıldığı müəyyən edilib.

 

Belə ki, yoxlama zamanı istehlakçılara təklif olunan malların yarlığında göstərilən qiymətlərlə, həmin malların nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərqlərin olduğu, bununla da əsassız qiymət artımına yol verilməklə istehlakçıların qiymətdə aldadıldığı aşkar olunub.

 

Əsassız qiymət artımına yol vermiş şəxs barədə qanunvericiliyə uyğun olaraq ciddi tədbir görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 200
avatar

Oxşar yazılar