Bakı Olimpiya Stadionu yaxınlığında tikilən tunel 6 zolaqlı olacaq
15 aprel 2014 11:47 (UTC +04:00)

Bakı Olimpiya Stadionu yaxınlığında tikilən tunel 6 zolaqlı olacaq

Bakıda Olimpiya Stadionuna gedən avtomobil yolunun tikintisi çərçivəsində Ziya Bünyadov prospektində "Əyyub Petrol" yanacaqdoldurma məntəqəsinin yanında ikinci tunelin tikintisi davam edir. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Lent.az-a bildirib ki, tunelin tikintisində məqsəd Olimpiya Stadionuna sürətli, maneəsiz gediş-gəlişi təmin etməkdir. “Yəni Həsən Əliyev küçəsinin sonu ilə çəkilən yol tunel vasitəsi ilə Olimpiya Stadionunadək gedib çıxacaq və nəqliyyat vasitələrinin Olimpiya Stadionuna, eyni zamanda əks tərəfə rahat hərəkəti mümkün olacaq", - deyə o qeyd edib.

 

Cəmiyyət rəsmisinin sözlərinə görə, tuneldə qazma üsulu ilə svay vurulması, svay başlığında rigelin, istinad divarları, təməl və gövdələrin betonlanması işləri gedir. Buna paralel olaraq tuneldə qazma işləri də aparılır.

 

Qeyd edək ki, tunel 3 gediş və 3 gəliş olmaqla, 6 hərəkət zolaqlı olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1518
avatar

Oxşar yazılar