Bakı-Tiflis-Qars dəmiryol xəttinin tikintisində faciə: 1 ölü, 2 yaralı - YENİLƏNİB
21 oktyabr 2013 10:48 (UTC +04:00)

Bakı-Tiflis-Qars dəmiryol xəttinin tikintisində faciə: 1 ölü, 2 yaralı - YENİLƏNİB

Bakı-Tiflis-Qars dəmiryol xəttinin Türkiyə hissəsinin inşaatında faciə baş verib. APA-nın Doğan Xəbər Agentliynə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində bir nəfər ölüb, 2 nəfər isə yaralanıb.

 

Hadisə Türkiyənin Qars vilayətinin Arpaçay rayonunun Göyərçin kəndində baş verib.

 

Dəmiryolunun keçəcəyi tunelin inşaası zamanı əvvəlcədən hazırlanmış beton piltələrin bağlandığı dəmir qırılıb.

 

Beton piltənin altında qalan 2 fəhlədən biri- 23 yaşlı Bünyamin Arslantaş ölüb, digəri 27 yaşlı Gökhan Tunçsoy və iş yoldaşlarını xilas etməyə çalışan, 33 yaşlı Mustafa Özen isə yaralanıblar.

 

Yaralılar Qars Dövlət Xəstəxanasına yerləşdiriliblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1777

Oxşar yazılar