Ölkə üçün böyük əhəmiyyət kəsb edən dünyanın 100 layihəsi siyahısına daxil edilmiş Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tikintisi Azərbaycan Prezidenti cənab İlham Əliyevin iradəsi ilə həyata keçirilən layihələrdəndir. Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirəcək dəmir yolu xəttinin nəzərdə tutulduğu vaxtda başa çatdırılması üçün tikinti işləri uğurla davam etdirilir.
Dəmir yolu layihəsinin Marabda-Kartsaxi hissəsində tikintisi işlərini sürətləndirilməsi məqsədilə 2011-ci ilin iyul ayında Gürcüstan Respublikasında “Azəryolservis ASC-nin filialı yaradılıb. İşlərin daha da səmərəliyini təmin etmək üçün layihə 4 mərhələ üzrə Marabda-Tetritskaro, Tetritskaro-Tsalka, Tsalka-Axalıkalaki, Axalkalaki-Kartsaxi hissələrində aparılır. Ərazidə hökm sürən əlverişsiz hava şəraitinə baxmayaraq, çətin təbii relyefdən, dağlıq və meşəlik ərazilərindən keçən yolun tikintisi tərtib olunmuş gərgin iş qrafikinə uyğun olaraq demək olar ki, bütün sutka ərzində həyata keçirilib. Ümumilikdə Marabda-Kartsaxi hissənin tikintisində 1500 nəfərədən çoxişçi,500-dən çox maşın-mexanizm cəlb olunub.
Lent.az-ın məlumatına görə, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində Gürcüstan ərazisində inşa olunmuş Axalkalaki–Kartsaxi Türkiyə sərhədi sahəsində xəttə buraxılan ilk sınaq qatarının hərəkəti uğurlu başa çatıb. Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, ”Azəryolservis “ASC-in sədri Cavid Qurbanov, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əskərov və Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvilinin iştirakı ilə Gürcüstan-Türkiyə sərhədindəki Kartsaxi stansiyasında sınaq qatarı xəttə buraxılıb. Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Türkiyə ilə sərhəddə qatarın sınağını həyata keçirdiklərindən məmnun olduğunu bildirib.
Artıq bu sahədə yol istismara hazır vəziyyətdədir və hərəkət üçün lazımi şərait yaradılıb. Layihənin 2015-ci ildə tam başa çatdırılması nəzərdə tutulub.