Bakı-Supsa kəmərinə Rusiya təhlükə yaradır
26 sentyabr 2013 02:14 (UTC +04:00)

Bakı-Supsa kəmərinə Rusiya təhlükə yaradır

Rusiya qoşunları Qarafila kəndində (Şida Kartli regionu) bir kilometr irəliləsə, Bakı-Supsa neft kəməri separatçıların nəzarət etdiyi əraziyə düşəcək. APA-nın “Georgia Online” saytına istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Gürcüstanın energetika nazirinin müavini İlya Eloşvili çıxış edib.

 


"Bakı-Supsa kəməri Qarafila kəndindən bir kilometr aralıdadır. Onlar (rus qoşunları-red.) ərazimizin içinə doğru bir kilometr irəliləməlidir ki, kəmərin bir hissəsi nəzarət etdikləri ərazidə qalsın. Nəzəri cəhətdən bunu ehtimal etsək, kəmərin bir kilometrlik hissəsi o tərəfdə qalacaq. Lakin bu, Bakı-Supsa magistralının idarəçiliyinə heç bir təhlükə törətmir. Çünki kəmər torpağın altından keçir. Fərqli cəhət bircə o olacaq ki, BP nümayəndələri burada monitorinq apara bilməyəcək" - deyə, o ,vurğulayıb.
 

Qeyd edək ki, Bakı-Supsa kəmərinin 1600 metrlik hissəsinin rus qoşunlarının nəzarətində olan Tsxinvali regionu ərazisinə düşə biləcəyi barədə xəbəri Gürcüstanın “Tabula” telekanalı yayıb. Telekanal Bakı-Supsa kəmərinin operatoru olan BP şirkəti ilə əlaqə yaratsa da, şirkət nümayəndələri sentyabrın 25-də günün ikinci yarısında şərh verə biləcəklərini deyib. Böyük Britaniyanın Tiflisdəki səfirliyi isə BP-nin bölgədə yaxşı təcrübəyə malik olduğunu və ona bu məsələdə tam etibar etdiyini bildirərək, məsələni şərh etməkdən imtina edib.

 

Öz növbəsində Gürcüstan xarici işlər nazirinin müavini David Calaqaniya “Tabula” telekanalına Bakı-Supsa boru xəttinin bir hissəsinin rus qoşunlarının nəzarət etdiyi əraziyə düşə biləcəyi barədə məlumatsız olduğunu deyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1112
avatar

Oxşar yazılar