Azərbaycan və Rusiya arasında mobil telefon rabitəsi sahəsində rouminq tariflərinin aşağı salınmasına dair sənəd imzalanacaq.
«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Onun sözlərinə görə, artıq məsələ ilə bağlı Rusiyanın rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforov ilə danışıqlar aparılıb.
«Bu gün bu, ən böyük problemlərdən biridir. Biz ikitərəfli şəkildə qiymətlərin endirilməsinə çalışırıq», - deyə nazir Ə.Abbasov qeyd edib.