İstehlak bazarı son bir ildə 9% artıb
26 avqust 2013 21:25 (UTC +04:00)

İstehlak bazarı son bir ildə 9% artıb

Bu ilin yanvar-iyul aylarında istehlakçıların tələbatının ödənilməsi məqsədi ilə ölkənin istehlak bazarında satılmış əmtəə və göstərilmiş xidmətlərin ümumi həcmi 14,4 mlrd. manat olmaqla ötən ilin eyni dövrü ilə müqayisədə 9% faiz artıb. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

 

Pərakəndə ticarət şəbəkəsində satılmış əmtəələrin və əhaliyə göstərilmiş pullu xidmətlərin ümumi həcminin 94,1%-i özəl bölmənin təsərrüfat subyektlərinin fəaliyyəti sayəsində formalaşıb, onların satdığı istehlak mallarının və göstərdikləri xidmətlərin həcmi 9,6% artaraq 13,5 mlrd. manat olub. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 674
avatar

Oxşar yazılar