Azərbaycanın  mobil sektorda 100 faizlik nəticəsi
16 iyul 2013 10:08 (UTC +04:00)

Azərbaycanın  mobil sektorda 100 faizlik nəticəsi

 

Son 5 il ərzində Azərbaycanda mobil sektor üzrə gəlirlər 1.3 dəfə, abunəçi bazası isə 1.5 dəfə artıb.

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, 2012-ci ildə mobil sektor üzrə gəlirlər əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə 14.1 % artaraq 1095.7 milyon dollara çatıb.

 

Ölkənin İKT sektorunda mobil sahə təqribən 60%-lik xüsusi çəkiyə malikdir və  dinamik inkişaf edir. Azərbaycanın mobil sektorunda GSM standartında 3 mobil operator fəaliyyət göstərir.  Mobil telefon rabitəsi xidmətləri ölkənin ərazisini tam əhatə edir və bu, regionda 100 %-lik ilk nəticədir. Hazırda ölkədə 100 nəfərə düşən mobil abunəçilərin sayı 110 ədəd təşkil edir ki, bu da dünya üzrə orta göstəricidən təqribən 15 % çoxdur.  Mobil sahədə əldə olunan gəlirlər telekommunikasiya sektorunun 65.3 %-ni təşkil edir.

 

Mobil sektorda sağlam rəqabət mühitində aparılan tarif siyasəti və müştəri məmnunluğu üzrə fəaliyyət mobil qiymətlərin ilbəil aşağı düşməsinə səbəb olur. Əgər 2004-cü ildə bir mobil abunəçiyə düşən orta illik gəlir 145.8 ABŞ dolları təşkil edirdisə, 2012-ci ildə bu rəqəm 108 dollar təşkil edib. Eyni zamanda təhlillər göstərir ki, 2011-ci illə müqayisədə hər bir abunəçiyə düşən orta aylıq gəlir 12.8 % artıb, bir dəqiqə mobil danışığın qiyməti isə 22.2 % azalıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 995
avatar

Oxşar yazılar