Azərbaycan Rusiyanın «Qazprom» ASC-yə təbii qaz nəqlini 3 günlük dayandırıb. Buna səbəb qaz kəməri xəttində baş vermiş qəza olub.
«Qazprom»un yaydığı məlumata əsasən, ötən gün Mozdok-Qazıməmməd magistral boru kəmərində «Şirvanovka» stansiyasında qaz sızması ilə bağlı aparılan təmir işləri ilə əlaqədar Azərbaycandan Rusiyaya qazın ixracı 3 gün müddətinə dayandırılıb. .
APA-nın «RİA Novosti» agentliyinə istinadən verdiyi xəbərə görə, «Qazprom» 2010-cu ildən etibarən Azərbaycandan təbii qaz alır. Ötən il Rusiyanın aldığı qazın həcmi 1,6 mlrd. kubmetr təşkil edib.