Azərbaycanda yaşayış minimumu artdı
14 dekabr 2012 17:19 (UTC +04:00)

Azərbaycanda yaşayış minimumu artdı

Azərbaycan prezidenti İlham Əliyev «Azərbaycanda 2013-cü il üçün yaşayış minimumu haqqında» qanunu təsdiq edib.

«APA-Economics»in məlumatına görə, qanuna əsasən, gələn il üçün Azərbaycanda yaşayış minimumu ölkə üzrə 116 manat səviyyəsində nəzərdə tutulub. Belə ki, əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 125 manat, pensiyaçılar üçün 94 manat, uşaqlar üçün isə 93 manat səviyyəsində təsdiqlənib.


Qeyd edək ki, «Azərbaycanda 2012-ci il üçün yaşayış minimumu haqqında» qanuna əsasən, Azərbaycanda yaşayış minimumu ölkə üzrə 108 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün 84 manat, uşaqlar üçünsə 87 manat səviyyəsində olub.

 

 

# 1873
avatar

Oxşar yazılar