Azərbaycanda tam nağdsız ödəniş sisteminə keçilir
28 yanvar 2015 15:25 (UTC +04:00)

Azərbaycanda tam nağdsız ödəniş sisteminə keçilir

0

"Azərbaycanda nağdsız ödəniş sisteminə keçilməsinə imkan verən amillərdən biri ödəniş kartlarının sayının artıq 6 milyona çatmasıdır". Vergilər Nazirliyindən Lent.az-a verilən məlumata görə, bunu vergilər nazi­ri­nin audit və operativ nə­za­rət sahələri üzrə müşa­viri İlqar Əhmədov bildirib. O qeyd edib ki, mövcud POS-terminalların sayı da nağdsız ödəniş sisteminə keçmək üçün kifayət qədərdir. “İndi qalır onlardan hər yerdə istifadə edilməsinə nail olmaq. Bunun üçün əhali arasında aparılan maarifləndirmə işləri daha da genişləndirilməli, banklar  POS-terminallardan istifadənin əhali üçün iqtisadi cəhətdən daha sərfəli olması üçün konkret əməli tədbirlər görməli, nağd ödənişlərin həcminin azaldılması və nağdsız ödənişlərin stimullaşdırılması üçün qanunvericilikdə bir sıra dəyişikliklər edilməlidir”.

 

Nazir müşavirinin sözlərinə görə, bütün bunlar öz növbəsində iqtisadiyyatda şəffaflığın daha da artmasına, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə təsir göstərəcək: “Bu, büdcəyə vergi daxilolmalarının artmasına öz müsbət təsirini göstərəcək”.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 234

Oxşar yazılar