Azərbaycanda <span style="color:red;">ŞOK QİYMƏTƏ  maşın - <span style="color:red;">Bahalı avtomobillərin SİYAHISI
27 oktyabr 2019 12:25 (UTC +04:00)

Azərbaycanda ŞOK QİYMƏTƏ maşın - Bahalı avtomobillərin SİYAHISI

Azərbaycanda ən bahalı maşınlar hansılardır?
 
Ən bahalı maşınları əsasən, gecə saatlarında şəhərin mərkəzində görmək olur. Bu maşınların sayı heç də az deyil. Hələ sürülən maşınlardan əlavə, salonlarda satışda olan maşınlar da Bakının bahalı maşınları siyahısına daxildir. Bəs siz bahalı maşınlardan danışarkən ən yuxarı qiymətin neçə olduğunu düşünürsünüz?
 
Avtomobil eksperti Elməddin Muradlı mövzu ilə əlaqədar Lent.az-a danışıb. Ekspert az sayda istehsal olunan dünyanın ən bahalı avtomobilinin 1 ədədinin Bakıda olduğunu bildirib:
 
 
“Hazırda Azərbaycanda ən bahalı maşın “Rolls-Royce Phantom”-dur. Onun dünyada bir neçə modeli istehsal olunub ki, onlardan biri də Azərbaycandadır. Qiyməti təxminən 2 milyon manatdır. “Ferrari”, “Lamborghini” kimi dünya brendi olan çox bahalı maşınlar da Bakıda var. Bunlar kifayət qədər baha qiymətə satılır, amma alıcı kütləsi də var. Şəhərdə onları sürənləri də görürük, satışda olduğunu da bilirik. Bu yaxınlarda “Range Rover”-in təzə modeli, “Mercedes”-in GLS modeli də ölkəyə gətirilib. Bunlar da çox bahalı avtomobillərdir. 200 min manat civarında qiymətləndirilir. Bunlardan əlavə, “Jeep”, “Dodge”, “Lexus”, “Toyota” Prado-nun son modelləri kifayət qədər bahadır. Ən çox “Lexus”, “Toyota” Prado modelləri alınır. Alıcılar bu avtomobilləri dillerlərdən aldıqları kimi, əksər hallarda özləri də idxal edirlər. Artıq Azərbaycanda get-gedə avtomobil bazarı dirçəlir. Yeni avtomobillərin gətirilməsi istiqamətində atılan addımların şahidi oluruq”.
 
 
Elməddin Muradlı, gömrük qiymətlərinin aşağı salınması nəticəsində ölkəyə bahalı və yeni avtomobillərin gətirilməsinin sürətlənəcəyini deyib:
 
“Düşünürəm ki, gömrük qiymətlərinə baxılsa, rüsumlar 2017-ci ildəki ilə eyniləşsə, yeni avtomobillərin gətirilməsi prosesi də sürətlənəcək. Yeni avtomobillərin gətirilməsi o deməkdir ki, təhlükəsizlik artır. Ancaq hazırki dövrdə gömrük rüsumları, aksiz və əlavə dəyər vergisi çox olduğundan prosesin zəif tempdə getdiyini görürük. Dillerlər də bu baxımdan əziyyət çəkirlər, alıcı cəlb etmək olmur deyə çox maşın gətirə bilmirlər. Alıcılar əsasən ikinci əl avtomobilə üstünlük verirlər. Ona görə düşünürəm ki, rüsumlara bir daha baxmaq lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12853
avatar

Mehman Nəbiyev

Oxşar yazılar