Azərbaycanda süni qiymət artıran daha bir şirkət cəzalandırıldı
26 fevral 2015 17:34 (UTC +04:00)

Azərbaycanda süni qiymət artıran daha bir şirkət cəzalandırıldı

Manatın məzənnəsinin dəyişdirilməsi ilə istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən monitorinqlər davam etdirilir.

 

Nazirlikdən Lent.az-a verilən məlumata görə, monitorinq zamanı istehlak bazarında "Tulçinka" yağlarının qiymətində süni artım, habelə süni qıtlıq yaratmaq məqsədilə həmin məhsulların dövriyyədən çıxarılması əlamətlərinin olduğu müəyyən edilib. 

Bununla əlaqədar həmin yağların istehlak bazarında əsas təchizatçısı olan "Komrad" MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Nəzarət tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 277
avatar

Oxşar yazılar